İranda ötən gün 202 nəfər koronavirusdan ölüb

İranda ötən gün 202 nəfər koronavirusdan ölüb
# 14 may 2021 15:09 (UTC +04:00)

İranda ötən sutka ərzində 202 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bildirib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 76 433 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 10 145 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2 732 152 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR