İranda ötən sutka 128 nəfər COVID-19-dan ölüb

İranda ötən sutka 128 nəfər COVID-19-dan ölüb
# 30 oktyabr 2021 17:13 (UTC +04:00)

İranda ötən sutka ərzində 128 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 126126 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 6809 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 5916311 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR