İranda ötən sutka ərzində koronavirusdan 108 nəfər ölüb

İranda ötən sutka ərzində koronavirusdan 108 nəfər ölüb
# 19 iyun 2021 14:15 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 108 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 82854 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 6448 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3089974 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR