İranda ötən sutka koronavirusdan 259 nəfər ölüb

İranda ötən sutka koronavirusdan 259 nəfər ölüb
# 24 iyul 2021 16:02 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 259 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 88 532 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 18 632 nəfər COVID-19-a yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 664 286 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR