İranda ötən sutka koronavirusdan daha 134 nəfər ölüb

İranda ötən sutka koronavirusdan daha 134 nəfər ölüb
# 27 iyun 2021 15:36 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 134 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda koronavirusdan ölənlərin sayı 83 845 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 9758 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 167 741 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR