İranda ötən sutkada 104 nəfər koronavirusdan ölüb

İranda ötən sutkada 104 nəfər koronavirusdan ölüb
# 21 noyabr 2021 15:44 (UTC +04:00)

İranda ötən sutka ərzində 104 nəfər koronavirusdan (COVID-19) ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 128956 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 4340 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6077438 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR