İranda ötən sutkada 144 nəfər koronavirisdan ölüb

İranda ötən sutkada 144 nəfər koronavirisdan ölüb
# 24 iyun 2021 14:15 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 144 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 83 473 nəfərə yüksəlib.

Ölkədə ötən sutka ərzində 11 734 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 140 129 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR