İranda ötən sutkada 178 nəfər COVID-19-dan ölüb

İranda ötən sutkada 178 nəfər COVID-19-dan ölüb
# 21 oktyabr 2021 15:12 (UTC +04:00)

İranda ötən sutka ərzində 178 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda COVID-19-dan ölənlərin sayı 124 763 nəfərə yüksəlib.

Ölkədə son 24 saat ərzində daha 11 788 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 5 833 525 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR