İranda ötən sutkada 270 nəfər koronavirusdan ölüb

İranda ötən sutkada 270 nəfər koronavirusdan ölüb
# 30 iyul 2021 14:04 (UTC +04:00)

İranda ötən sutka ərzində 270 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 90 344 nəfərə yüksəlib.

Ölkədə ötən 24 saat ərzində 24 715 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 3 851 162 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR