İranda ötən sutkada 378 nəfər COVID-19-dan ölüb

İranda ötən sutkada 378 nəfər COVID-19-dan ölüb
# 03 avqust 2021 14:01 (UTC +04:00)

İranda ötən sutka ərzində 378 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 91 785 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 39 019 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 3 979 727 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR