İranda ötən sutkada COVID-19-dan 125 nəfər ölüb

İranda ötən sutkada COVID-19-dan 125 nəfər ölüb
# 01 iyul 2021 14:14 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 125 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 84 389 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 14 303 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 218 860 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR