İranda ötən sutkada COVID-19-dan 140 nəfər ölüb

İranda ötən sutkada COVID-19-dan 140 nəfər ölüb
# 28 iyun 2021 14:11 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 140 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 83 958 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 12 351 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 180 042 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR