İranda ötən sutkada COVID-19-dan 165 nəfər ölüb

İranda ötən sutkada COVID-19-dan 165 nəfər ölüb
# 27 may 2021 13:50 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 165 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 79 384 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 9 994 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 2 875 858 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR