İranda ötən sutkada koronavirusdan 111 nəfər ölüb

İranda ötən sutkada koronavirusdan 111 nəfər ölüb
# 03 iyul 2021 15:46 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 111 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da öİkədə koronavirusdan ölənlərin sayı 84 627 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 8 341 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 241 037 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR