İranda ötən sutkada koronavirusdan 157 nəfər ölüb

İranda ötən sutkada koronavirusdan 157 nəfər ölüb
# 05 iyul 2021 15:34 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 157 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 84 949 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 16 025 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 270 843 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR