İranda ötən sutkada koronavirusdan 163 nəfər ölüb

İranda ötən sutkada koronavirusdan 163 nəfər ölüb
# 26 may 2021 13:50 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 163 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 79 219 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 10 486 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 2 865 864 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR