İranda ötən sutkada koronavirusdan 166 nəfər ölüb

İranda ötən sutkada koronavirusdan 166 nəfər ölüb
# 07 iyul 2021 15:27 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 166 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 85 261 nəfərə yüksəlib.

Ölkədə ötən sutka ərzində 17 212 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 304 135 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR