İranda ötən sutkada koronavirusdan 175 nəfər ölüb

İranda ötən sutkada koronavirusdan 175 nəfər ölüb
# 17 iyul 2021 13:49 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 175 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 86 966 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 15 139 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 501 079 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR