İranda peyvənd olunmayan şəxslər bir çox xidmətlərdən məhrum olacaqlar

İranda peyvənd olunmayan şəxslər bir çox xidmətlərdən məhrum olacaqlar
# 27 avqust 2021 14:20 (UTC +04:00)

İranda peyvənd olunmayan şəxslər bir çox xidmətlərdən məhrum olacaqlar.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın səhiyyə naziri Bəhram Eynullahi deyib ki, tezliklə ölkədə hotel və banklarda xidmət yalnız peyvənd olunan şəxslər üçün həyata keçiriləcək.

Nazir qeyd edib ki, təyyarə, avtobus və qatar bileti almaq üçün də peyvənd olunmaya dair kart təqdim olunmalıdır.

Gələn həftədən ölkəyə daha çox peyvənd idxal olunacaq. 2022-ci ilin fevral ayına kimi ölkədə peyvəndləşmə prosesini başa çatdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR