İranda prezident olmaq istəyən şəxslərdən biri namizədliyini geri götürüb

İranda prezident olmaq istəyən şəxslərdən biri namizədliyini geri götürüb
# 16 iyun 2021 09:08 (UTC +04:00)

İran İslam Respublikasında islahatçılar düşərgəsindən prezidentliyə namizəd Möhsin Mehrəlizadə namizədliyini geri götürüb.

APA-nın Tehran bürosunun məlumatına görə, M. Mehrəlizadə Daxili İşlər Nazirliyinə məktub yazaraq namizədliyini geri götürdüyünü açıqlayıb.

M. Mehrəlizadənin yaxın saatlarda rəsmi bəyanatla geri çəkilməsinin səbəblərini açıqlayacağı bildirilir.

Qeyd edək ki, İranda prezident seçkiləri iyunun 18-də keçiriləcək. Seçkilərdə 7 namizədin rəqabət aparacağı təsdiqlənmişdi.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR