İranda seçki qutusunu daşıyan avtomobil qəzaya uğrayıb, bir nəfər ölüb

İranda seçki qutusunu daşıyan avtomobil qəzaya uğrayıb, bir nəfər ölüb
# 18 iyun 2021 16:54 (UTC +04:00)

İranda səyyar səsvermə qutusunu dağlıq və kənd yerlərinə daşıyan avtomobil qəzaya uğrayıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, hadisə Kürdüstan əyalətinin Divandərə bölgəsində baş verib.

Səyyar səsvermə qutusunu daşıyan avtomobil aşıb. Qəza nəticəsində seçki məntəqəsinin bir əməkdaşı ölüb, 6 nəfər isə xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, bu gün İranda prezident seçkiləri keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR