İranda sel daşqınlarında iki nəfər ölüb

İranda sel daşqınları olub

© APA | İranda sel daşqınları olub

# 22 oktyabr 2021 13:04 (UTC +04:00)

İranın Gilan əyalətində sel daşqınları olub.

APA-nın Tehran bürosunun məlumatına görə, daşqın iki nəfərin həyatına son qoyub.

Gilan əyalətinin bəzi bölgələrində daşqınların həcmi, əyalətin meteorologiya və böhran idarəçiliyinin gözləntilərinin əksinə olaraq, 240 mm-dən çox olub və vurduğu ziyanla yanaşı, iki nəfərin həyatına son qoyub. Hər iki zərərçəkən körpüdən keçərək çaya düşüb.

Sel nəticəsində bəzi evləri su basıb və xilasedicilər əraziyə cəlb olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR