İranda son sutkada 112 nəfər koronavirusdan ölüb

İranda son sutkada 112 nəfər koronavirusdan ölüb
# 09 noyabr 2021 15:40 (UTC +04:00)

İranda ötən sutka ərzində 112 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda virusdan ölənlərin sayı 127551 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 1203 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 60044600 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR