İranda son sutkada 171 nəfər koronavirusdan ölüb

İranda son sutkada 171 nəfər koronavirusdan ölüb
# 01 iyun 2021 13:37 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 171 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 80 327 nəfərə yüksəlib.

Ölkədə ötən sutka ərzində 10 687 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 2 923 823 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR