İranda son sutkada 555 nəfər koronavirusdan ölüb

İranda son sutkada 555 nəfər koronavirusdan ölüb
# 20 avqust 2021 14:17 (UTC +04:00)

İranda ötən sutka ərzində 555 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 100810 nəfərə çatıb.

İranda ötən sutka ərzində 28833 nəfər koronavirusa yoluxub. Ölkədə virusa yoluxanların sayı 4616516 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR