İranda son sutkada 564 nəfər koronavirusdan ölüb

İranda son sutkada 564 nəfər koronavirusdan ölüb
# 19 avqust 2021 14:26 (UTC +04:00)

İranda ötən sutka ərzində 564 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 100255 nəfərə çatıb.

İranda ötən sutka ərzində 31266 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 4587683 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR