İranda son sutkada 665 nəfər koronavirusdan ölüb

İranda son sutkada 665 nəfər koronavirusdan ölüb
# 25 avqust 2021 14:05 (UTC +04:00)

İranda ötən sutka ərzində 665 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 7755 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 39983 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 4796377 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR