İranda son sutkada 709 nəfər koronavirusdan ölüb

İranda son sutkada 709 nəfər koronavirusdan ölüb
# 24 avqust 2021 13:59 (UTC +04:00)

İranda ötən sutka ərzində 709 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 103357 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 40623 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 4756394 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR