İranda son sutkada koronavirusdan 128 nəfər ölüb

İranda son sutkada koronavirusdan 128 nəfər ölüb
# 05 iyun 2021 15:58 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 128 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 80 941 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 6442 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 2960751 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR