İranda son sutkada koronavirusdan 184 nəfər ölüb

İranda son sutkada koronavirusdan 184 nəfər ölüb
# 14 iyul 2021 14:09 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 184 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 86391 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 23371 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3440400 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR