İranda son sutkada koronavirusdan 411 nəfər ölüb

İranda son sutkada koronavirusdan 411 nəfər ölüb
# 02 avqust 2021 14:40 (UTC +04:00)

İranda ötən sutka ərzində 411 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən bildirilib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 91 407 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 37 189 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 3 940 708 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR