İranda son sutkada koronavirusdan 96 nəfər ölüb

İranda son sutkada koronavirusdan 96 nəfər ölüb
# 25 noyabr 2021 14:46 (UTC +04:00)

İranda ötən sutka ərzində 96 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 129 376 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 4 850 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 097 672 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR