İranda yanacaqdoldurma məntəqələrində yanacaq verilməsində problem yaşanıb

İranda yanacaqdoldurma məntəqələrində yanacaq verilməsində problem yaşanıb
# 26 oktyabr 2021 13:39 (UTC +04:00)

İranda yanacaqdoldurma məntəqələrində avtomobillərə yanacaq verilməsində problem yaşanıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, buna səbəb yanacaqdoldurma məntəqələrinin elektron sistemində yaranmış problemdir.

İranın neft məhsullarının paylama şirkətinin məlumatında bildirilir ki, ölkə üzrə yanacaqdoldurma məntəqələrində yaranmış problemə görə təcili iclas çağrılıb. İclasdan sonra əhaliyə problemin dəqiq səbəbi və nə vaxt aradan qaldırılacağı açıqlanacaq.

İran rəsmilərinin açıqlamasına görə, bu gün səhərdən ölkənin yanacaqdoldurma məntəqələrinə haker hucumu əhaliyə elektron kartla benzin təhvil verilməsində problem yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR