İranda yol qəzasında ölən jurnalistlərin sayı 3-ə çatıb

İranda yol qəzasında ölən jurnalistlərin sayı 3-ə çatıb
# 24 iyun 2021 01:16 (UTC +04:00)

İranda jurnalistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 3-ə çatıb.

APA IRIB-ə istinadən xəbər verir ki, Qərbi Azərbaycanın şimal-qərb vilayətində yerləşən Neqede şəhərinin ərazisində baş verən qəza zamanı avtobus aşıb.

İran hökumətinin və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri Əli Rabia, Səid Xətibzadə həlak olanların ailələrinə başsağlığı veriblər.

Jurnalistlər Urmiya gölündən geri qayıdarkən baş verib.

Qeyd edək ki, qəza zamanı 21 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR