İranda yük qatarı aşıb, yaralılar var

İranda yük qatarı aşıb, yaralılar var
# 08 iyul 2021 17:27 (UTC +04:00)

İranda qatar relsdən çıxıb.

APA-nın məlumatına görə, İranın Simnan əyalətində Aradandan Sərxəyə tərəf hərəkət edən yük qatarı relsdən çıxaraq aşıb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

Qatarın relsdən çıxıb aşmasına səbəb kimi texniki nasazlıq göstərilib.

Hazırda yolun açılması istiqamətində işlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR