İranın 60 şəhərində müəllimlər etiraz aksiyası keçirib

İranın 60 şəhərində müəllimlər etiraz aksiyası keçirib
# 02 dekabr 2021 16:55 (UTC +04:00)

Bu gün İranın 60 şəhərində, o cümlədən Təbrizdə müəllimlər etiraz aksiyası keçirib.

APA-nın Tehran bürosunun məlumatına görə, müəllimlər təhsil sistemindəki nöqsanlar və müəllimlərin maaşlarının artırılmamasına dair etiraz ediblər.

Etirazçı müəllimlər universitet və orta məktəblərdə müəllimlərin maaşlarının onların dərəcəsinə uyğun artırılmasını və həmçinin pensiyaçı müəllimlərin pensiyalarının artırılmasını tələb ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR