İranın hərbi gəmisində baş verən yanğında 33 nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO

İranın hərbi gəmisində baş verən yanğında 33 nəfər xəsarət alıb - YENİLƏNİB  - VİDEO
# 02 iyun 2021 17:28 (UTC +04:00)

Oman körfəzində İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Xark” gəmisində baş vermiş yanğında 33 nəfər xəsarət alıb.

APA-nın Tehran bürosunun məlumatına görə, vəziyyəti ağır olan 23 nəfər xəstəxanaya yerləşdirilib.

Məlumata görə, “Xark” gəmisində baş verən yanğını söndürmək mümkün olmayıb və gəmi batıb.

Qeyd edək ki, 33 min tonluq yanacaq təminatı və dəstək gəmisi olan “Xark” gəmisi 1977-ci ildə Böyük Britaniyada hazırlanıb və 1984-cü ildə İrana təhvil verilib. Bu gəmi İran ordusunun “Məkran” gəmisindən sonra ikinci gəmisi hesab olunurdu. Gəmi generator və buxar sistemi ilə saatda 6 min kilovat saat elektrik istehsal edə bilirdi.

Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmayıb.

***

saat 10:20

İran Hərbi Dəniz Qüvvələrinə məxsus gəmidə yanğın baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bütün heyət xilasetmə qrupunun iştirakı ilə təhlükəsiz şəkildə sahilə təxliyə edilib.

Hadisə Oman körfəzində yerləşən Jask limanının yaxınlığında təlim keçən hərbi gəmidə baş verib.

Yanğının səbəbləri açıqlanmayıb.

İranın “Mehr” agentliyi isə gəminin batdığı barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR