İranın nüvə proqramı üzrə danışıqlar dekabrın 9-da bərpa olunacaq

İran

© APA | İran

# 07 dekabr 2021 18:05 (UTC +04:00)

İran və 4+1 ölkələri arasında Vyanada Hərtərəfli Birgə Fəaliyyət Planına dair səkkizinci dövr danışıqlar dekabr ayının 9-da bərpa olacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın “Tasnim” agentliyi məlumat verib.

Məlumata görə, İranın danışıqlardakı nümayəndə heyətinin rəhbəri Əli Baqiri və Müştərək Komissiyanın koordinatoru Enrike Mura növbəti danışıqların vaxtı ilə bağlı razılığa gəlib.

“HBFP-nin müştərək komissiyasının növbəti iclası cümə axşamı günü (9 dekabr) Vyanada keçiriləcək.”

Qeyd edək ki, İran və 4+1 ölkələri arasında danışıqlar ötən həftənin cümə günü keçirilib başa çatmışdı.

İclasda İran nümayəndə heyəti və Rusiya, Çin, Fransa, İngiltərə, Almaniya və Aİ-nin nümayəndələri iştirak etmişdilər.

Onlar İran tərəfindən təqdim olunan təkliflər paketini müzakirə etmiş və məsləhətləşmələr aparmaq üçün paytaxtlarına getmişdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR