İranın Qərbi Azərbaycan əyalətində 5 bal gücündə zəlzələ olub

İranın Qərbi Azərbaycan əyalətində 5 bal gücündə zəlzələ olub
# 10 iyul 2021 08:52 (UTC +04:00)

İranın Qərbi Azərbaycan əyalətində 5 bal gücündə zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, ötən gecə Nəqədə bölgəsində yerin 10 kilometr dərinlyində baş verən zəlzələ əhali arasında təşvişə səbəb olub. İnsanlar gecəni səhərə kimi küçədə gecələyiblər.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR