İranın Seçki Qərargahının sədri: "İbrahim Rəisi prezident seçilib"  

İranın Seçki Qərargahının sədri: "İbrahim Rəisi prezident seçilib"  
# 19 iyun 2021 12:01 (UTC +04:00)

"İbrahim Rəisi İranın 8-ci prezidenti seçilib".   

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Seçki Qərargahının sədri Camal Ürf deyib.  

O bildirib ki, indiyədək 28 milyon 600 min seçki bülleteni sayılıb.

İlkin hesablamaya görə, Seyid İbrahim Rəisi 17 milyon 800 min səs toplayıb.

Onun rəqibləri  Möhsin Rezayi 3 milyon 300 səs, Əbdülnasir Himməti 2 milyon 300 min səs, Qazizadə Haşemi 1 milyon səs toplayıb.

Artıq  namizədlərdən Ə.Himməti və  M.Rezayi  Seyid İbrahim Rəisini qələbə münasibətilə təbrik ediblər. Bundan başqa İran prezidenti Həsən Ruhani də  İbrahim Rəisi ilə görüşüb onu təbrik edib.   

İ.Rəisinin 61 yaşı var. O hazırda İran Məhkəmə sisteminin sədridir. Bundan öncə ölkənin baş prokroru, İmam Rzanın (ə) hərəminin idarəsini sədri vəzifələrində çalışıb.  İ.Rəisi ötən prezident seçkilərində hazırkı prezident Həsən Ruhaninin əsas rəqiblərindən biri olub və 15 milyon 832 səs toplamışdı.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR