İranın səhiyyə naziri Rusiya ilə uçuşların dayandırılmasını istəyib

İranın səhiyyə naziri Rusiya ilə uçuşların dayandırılmasını istəyib
# 20 iyun 2021 11:55 (UTC +04:00)

İranın səhiyyə naziri Səid Nəməki Rusiya ilə uçuşların dayandırılmasını istəyib.

APA-nın Tehran bürosunun məlumatına görə, S.Nəməki ölkənin Koronavirusla mübarizə qərargahına ünvanladığı məktubda Rusiya ilə uçuşların dayandırılmasını zəruri hesab edib:

"Rusiyada koronavirusun geniş yayılmasını nəzərə alaraq Moskva və əks istiqamətdə olan uçuşların dayandırılması zəruridir. Koronavirus Qərargahının ictimai və təhlükəsizlik komitəsi təcili bu məsələ ilə bağlı qərar qəbul etməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR