İranın yeni seçilən prezidenti səlahiyyətlərinin icrasına başlayıb ​​​​​​​

İranın yeni seçilən prezidenti səlahiyyətlərinin icrasına başlayıb  ​​​​​​​

© APA | Ayətullah Seyid Əli Xamenei, Seyid İbrahim Rəisi

# 03 avqust 2021 12:09 (UTC +04:00)

İranın yeni seçilən prezidenti Ayətullah Seyid İbrahim Rəisi avqustun 3-də vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün Seyid İbrahim Rəisi Tehranda İmam Xomeyni adına hüseyniyyədə Ali Rəhbər Ayətullah Seyid Əli Xameneidən prezidentlik hökmünü qəbul edib.

Ali Rəhbər İran xalqının rəyini təsdiq edərək Seyid İbrahim Rəisinin respublika prezidenti kimi səlahiyyətlərinin rəsmən icrasına başlaması üçün hökm çıxarıb.

Mərasimdə Ali Rəhbər, ayətullah Seyid Əli Xamenei, prezidentlik müddəti başa çatan Həsən Ruhani, Ali Məhkəmənin sədri Möhsün Ejei, parlamentin sədri Baqer Qalibaf, Nazirlər kabinetinin üzvləri, deputatlar və Silahlı Qüvvələrin komandanları iştirak ediblər.

Mərasimin əvvəlində ölkənin daxili işlər naziri XIII dövr prezident seçkilərinin keçirilmə prosesi ilə bağlı hesabat verib. Daha sonra Ali Rəhbərin İ.Rəsinin prezidentliyini təsdiqlədiyinə dair hökmü oxunub.

Bundan sonra İranın yeni prezidenti İbrahim Rəisi çıxış edib və özünün siyasi, iqtisadi, mədəni və sosial sahələri əhatə edən proqramları haqqında danışıb.

Qeyd edək ki, İ.Rəisinin avqustun 5-də parlamentdə keçiriləcək andiçmə mərasimində 73 ölkədən qonaqların iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR