İraqda İŞİD terrorçularının hücumu nəticəsində 4 nəfər öldürülüb

İraqda İŞİD terrorçularının hücumu nəticəsində 4 nəfər öldürülüb
# 03 iyul 2021 08:03 (UTC +04:00)

İraqın qərbindəki əl-Anbar əyalətində, Hadisa bəndi yaxınlığında İŞİD terrorçu qruplaşmasının silahlılarının təşkil etdiyi hücum zamanı dörd balıqçı öldürülüb, daha beş nəfər isə yaralanıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli icra orqanları məlumat yayıb.

Hadisa dairəsinin rəhbəri Mabruk əl-Cuqeyfi İraqın “Shafaq” xəbər agentliyinə bildirib ki, İŞİD silahlıları bənd yaxınlığında yerli balıqçılara silahlı hücum ediblər. O, hücum zamanı dörd balıqçının öldürüldüyünü, daha beş nəfərin isə yaralandığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR