İraqda İŞİD terrorçularının hücumu nəticəsində 7 polis öldürülüb

İraqda İŞİD terrorçularının hücumu nəticəsində 7 polis öldürülüb
# 05 sentyabr 2021 02:40 (UTC +04:00)

İraqın şimalında İŞİD terror qruplaşmasının hücumu nəticəsində azı 7 polis əməkdaşı ölüb.

APA xəbər verir ki, bu barədə “Shafaq” nəşri mənbələrə istinadən yazıb.

Məlumata görə, terrorçular Kərkük vilayətində polis əməkdaşlarına hücum ediblər. Mənbə bildirib ki, ölən 7 polis əməkdaşından başqa daha bir neçə nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR