İraqın Baş naziri  sui-qəsd cəhdinə münasibət bildirib - YENİLƏNİB

İraqın Baş naziri  sui-qəsd cəhdinə münasibət bildirib  - YENİLƏNİB
# 08 noyabr 2021 01:17 (UTC +04:00)

İraqın baş naziri hökumətin təcili iclasını çağırıb. Tədbirdəki çıxışında hökumət başçısı bildirib: “Biz sui-qəsdi törədənləri tapıb məsuliyyətə cəlb edəcəyik. Onların kim olduğunu bilirik”.

****

00.22

İraqın Baş naziri ona qarşı törədilən sui-qəsd cəhdinə münasibət bildirib.

APA-nın xəbərinə görə Baş nazir Mustafa əl-Kazımi deyib ki, hücumu təşkil edənin kim olması barədə məlumatlıdır.

Qeyd edək ki, ötən gün İraqın Baş nazirinə dronla hücum olub. Təhlükəsizlik mənbələrinin məlumatına görə mühafizəçilər 2 dronu zərərsizləşdirsə də, üçüncü dron partlayıb. Mühafizəçilər xəsarət alsalar da, Baş naziri təhlükəli ərazidən uzaqlaşdıra biliblər.

Hökumət başçısına sui-qəsd cəhdini başda ABŞ prezidenti Co Bayden olmaqla bir çox dövlət və hökumət başçısı pisləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR