İraqın Ərbil Beynəlxalq Hava Limanı raket atəşinə tutulub

İraqın Ərbil Beynəlxalq Hava Limanı raket atəşinə tutulub
# 12 sentyabr 2021 02:27 (UTC +04:00)

İraqın şimalında yerləşən Ərbil Beynəlxalq Hava Limanı yaxınlığına azı üç raket atılıb.

APA xəbər verir ki, bu barədə yerli şahidlərə istinadən Reuters agentliyi məlumat yayıb.

Şahidlərin dedikllərinə görə, raketlər ABŞ Silahlı Qüvvələrinin yerləşdiyi əraziyə düşüb. Onlar ərazidə altı partlayışın eşidildiyini bildiriblər. İnsan tələfatı barədə məlumat verilməyib.

Yerli “Rudaw” telekanalı raketlərin pilotsuz uçuş aparatından atıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR