İŞİD-in hücumu nəticəsində İraqda 5 nəfər ölüb, 4 nəfər yaralanıb

İŞİD-in hücumu nəticəsində İraqda 5 nəfər ölüb, 4 nəfər yaralanıb
# 26 sentyabr 2021 17:10 (UTC +04:00)

İraqda İslam Dövləti (İŞİD) terror qruplaşması yaraqlılarının hücumu nəticəsində ən azı 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

APA bildirir ki, bu barədə “Shafaq news” xəbər yayıb.

Bağdadın şimalındakı Diyala əyalətindəki hökumət rəsmiləri xəbəri təsdiqləyib.

Hadisə şənbə günündən bazar gününə keçən gecə Baakuba əyalətinin inzibati mərkəzi yaxınlığındakı El-Abbara qəsəbəsi ərazisində baş verib.

Əldə olan məlumata görə, əvvəlcə radikallar yol kənarına qoyulan partlayıcı qurğunun üstündə bir yük maşını partladıblar.

Təhlükəsizlik qüvvələri hadisə yerinə çatanda və səs-küyə yerli sakinlər toplaşanda terrorçuların snayperləri hər iki tərəfdən onlara atəş açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR