İŞİD-ın hücumu nəticəsində İraqda azı 12 nəfər ölüb

İŞİD-ın hücumu nəticəsində İraqda azı 12 nəfər ölüb
# 27 oktyabr 2021 02:14 (UTC +04:00)

İŞİD terror qruplaşmasının yaraqlılarının İraqın şərqində yerləşən Diyala vilayətindki kəndə silahlı hücumu nəticəsində azı 12 nəfər ölüb, 15 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “SHAFAQ News” məlumat yayıb.

Hadisə Əl-Mikdadiya şəhəri yaxınlığında (Bağdaddan təxminən 110 km aralıda) baş verib. Yaraqlılar Əl-Rəşad kəndində bir qrup gəncə hücum edib, həmçinin, bu kənddəki yaşayış binalarını müxtəlif növ silahlardan atəşə tutmağa başlayıblar.

İraq hərbçiləri kəndə gəldikdən sonra terrorçular geri çəkilməyə məcbur olub.

Xəsarət alanların bir hissəsi xəstəxanalara çatdırılıb. Ölənlərin sayının arta biləcəyi istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR