İsrail aviasiyası Qəzzada Fələstin mövqelərinə zərbələr endirib

İsrail aviasiyası Qəzzada Fələstin mövqelərinə zərbələr endirib
# 13 sentyabr 2021 07:28 (UTC +04:00)

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Qəzza zolağında Fələstin qruplarının mövqelərinə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə Fələstinin “Palsawa” xəbər portalı məlumat yayıb.

Aviazərbələr sektorun cənub hissəsindəki Rəfah şəhərinin şərqində Fələstin müqavimətinin mövqelərinə, şimalda Beyt-Lahiya və cənubda Xan-Yunis bölgələrinə endirilib. Hücumların nəticələri barədə məlumat verilməyib.

Bildirilir ki, aviazərbələr bazar günü axşam fələstinli radikalların İsrail ərazisini atəşə tutmasına tədbiri olub. Məlumata görə, Qəzzadan atılan bir raket “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən dəf olunub. İsrailin cənubundakı Sderot şəhərində və sektoru birləşdirən bölgələrdə həyəcan sirenləri işə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR