İsrail Knessetinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Azərbaycan xalqını təbrik edib

İsrail parlamenti

© APA | İsrail parlamenti

# 09 noyabr 2021 14:02 (UTC +04:00)

İsrail parlamentinin - Knessetin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Yelena Bardaç Yalov Milli Məclisin deputatı, İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoli Rafailovun ünvanına 8 noyabr – Zəfər günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, məktubda İsrail və Azərbaycan arasında son 30 il ərzində qurulmuş və xalqlarımız arasında olan səmimi dostluğa əsaslanan möhkəm münasibətlərin vacibliyi vurğulanıb.

Yelena Bardaç Yalov İsrail Knessetinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun yeni seçilmiş rəhbəri olaraq qeyd edib ki, hər iki ölkənin qanunvericilik orqanları arasında mövcud olan əlaqələrin dərinləşməsi bizim dostluq münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək.

İsrail parlamentinin deputatı bildirib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbəsinin bir ili tamam olur. Bu müharibədə Azərbaycan 30 il ərzində Ermənistan tərəfindən işğal edilmiş əzəli torpaqlarını azad edərək, öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib.

Yelena Bardiç Yalov bu tarixi Zəfər münasibəti ilə təbriklərini çatdırmaqdan məmnunluğunu ifadə edib. O, Azərbaycan xalqına davamlı əmin-amanlıq, sabitlik və firavanlıq arzularını çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR